Bu gün Azərbaycan Premyer Liqasının XXXIV turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gələn "Qarabağ" çempionluğu rəsmiləşdirdi.
İdmanxeber.com-un məlumatına görə, matçdan sonra isə xoşagəlməz hadisələr baş verib.
Belə ki, "Qarabağ"ın "İmarət" fanklubunun üzvü Ziya Laçın və bir neçə azarkeş isə polislər tərəfindən saxlanılıb. Azarkeşlər Post Patrul Xidməti avtomobillərinə mindirilərək bölməyə aparılıblar.
Hadisənin videosunu isə sizə təqdim edəcəyik.