Kubokun yarımfinalında “Qəbələ” ilə qarşılaşacaq “Xəzər Lənkəran”ın heyətində Orxan Sadıqlı müəmması yaşanır.
İdmanxeber.com-un məlumatına görə, “Bakı” ilə oyunda zədələnən gənc qapıçının vacib oyunda komandasına kömək edib-etməyəcəyi məlum deyil.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu saytımıza verdiyi açıqlamada böyük ehtimalla Orxan Sadıqlının “Qəbələ” ilə oyunda iynə gücünə də olsa oynayacağını bildirib:
“Bəli, Orxan “Bakı” ilə oyunda Pena ilə təkbətək mübarizədə zədələndi. Onun zədəsi ciddidi. Ancaq bizim ona ehtiyacımız var. İynə gücünə də olsa, böyük ehtimalla oynayacaq”.