“Sabah” Xuan Kamara ilə yollarını ayırıb.
İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan icarə müqaviləsi yenilənməyib. Futbolçu artıq müqavilə ilə məxsus olduğu “Yagelloniya” klubuna qayıdıb.
Xuan Kamara 2021-ci ilin iyul ayından “Sabah”da çıxış edirdi.