“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az xəbər verir ki, Premyer Liqa təmsilçisi gürcüstanlı yarımmüdafiəçi İmeda Aşortianı transfer edib. 25 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.
Aşortianin “Turan Tovuza keçəcəyini “İdmanxeber.az” iyulun 11-də yazmışdı.
Son mövsümü “Telavi”də keçirən Aşortia vətənində “Dila”, “Sxinvali”, “Kolxeti” və “Şukura”nın da formasını geyinib.