Dünya futbolu

Xavini Luis Enrike əvəz edə bilər

”Barselona” yeni mövsüm üçün baş məşqçi arayışlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, bu posta namizədlərdən biri Luis Enrikedir. 53 yaşlı mütəxəssis “blauqrana”dan təklif gələrsə, PSJ-dən ayrılacaq.

Enrike daha öncə 2014-17-ci illər arasında “Barselona”ya başçılıq edib. O, Katalon klubunu 2015-ci ildə Çempionlar Liqasını qazandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43