22 Dekabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran” 200 min dollar məsələsinə aydınlıq gətirdi: “Bu indinin xəbəri deyil”

Öncədən də xəbər verdiyimiz kimi, Bolqarıstanlı yarımmüdafiəçi Qalin İvanovun “Xəzər Lənkəran”dan FİFA-ya şikayət edib.

Futbolçu Cənub təmsilçisindən ödənilməyən son 2 ayın maaşını istəyib. Məhz buna görə də, Lənkəran klubu futbolçuya 200 min dollar ödəməlidi.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu İdmanxeber.com-a açıqlamasında məsələyə belə münasibət bildirib:

"Bu indinin xəbəri deyil ki… Bu məsələ 1 aydan artıqdır ki, var. Hüquqşunaslarımız bu məsələylə məşğul olurlar. İnanırıq ki, yaxşı olacaq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43