“Xəzər Lənkəran” AFFA-nın Apelyasiya Komitəsinə müraciət etməyə hazırlaşır.
Bu barədə İdmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Cənub təmsilçisinin rəsmisi bildirib ki, “Qarabağ”la oyunun 87-ci dəqiqəsində hakim İnqilab Məmmədovun Ruslan Cəfərova göstərdiyi ikinci sarı vərəqə haqsız qərardı.
Məhz buna görə də, “ağ-yaşıllar” “Böyük oyun” öncəsi Ruslan Cəfərovun vərəqəsinin ləğvinə çalışacaq.