Öncədən də xəbər verdiyimiz kimi, Türkiyədə təlim-məşq toplantısında olan “Xəzər Lənkəran”ın ilk yoxlama matçında “Niğdespor”a qalib gəlib – 1:0.
İdmanxeber.com-un məlumatına görə, həmin matçda start heyətində meydana çıxan Rafael Karletti Burgueno (Rafinya) cəmi 15 dəqiqə oynamaq şansı qazanıb. Qarşılaşmanın 15-ci dəqiqəsində baxışda olan Rafinya əvəzlənib. Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, braziliyalı futbolçu zəif təsir bağışladığından baş məşqçi Yunis Hüseynov onu əvəzləyib.
Cənub klubunun çalışdırıcısı məşqlərdə də özünü yaxşı tərəfdən göstərə bilməyən futbolçuya daha bir şans tanıyacaq. Rafinya iyulun 14-də “Kasımpaşa” ilə matçda da meydana çıxacaq.