22 Dekabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran” “Böyük oyun” üçün…

Növbəti turda doğma meydanda “Neftçi”ni qəbul edəcək “Xəzər Lənkəran” bu gün toplanır.
İdmanxeber.comun məlumatına görə, xəbər verir ki, cənublular 4 günlük istirahəti yekunlaşdıraraq, bu gün, saat 12:00-da doğma şəhərdə bir araya gələcək. İlk məşqin saat 16:00-da stadionun ehtiyat meydançasında keçirilməsi nəzərdə tutulur. Qarşıdakı günlərdə komanda həm fiziki, həm də taktiki çalışmalar planında məşqlər keçərək əzəli rəqibi ilə görüşə hazırlaşacaq.
Milli komandanın düşərgəsində olan Rahid Əmirquliyev və Elşən Rzazadə noyabrın 18-də, U-19 millisinin heyətində çıxış edən Elnur Cəfərov isə noyabrın 16-da Lənkərana qayıdaraq komandaya qoşulacaqlar. (12cioyuncu.info)

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43