"Xəzər Lənkəran" "Sumqayıt"la baş tutan oyunun baş hakimi Elvin Əsgərovun idarəçiliyindən narazı qalıb.
Klub artıq bu barədə məlumat da yerləşdirib.
"Sumqayıt" – "Xəzər Lənkəran" oyununda baş hakimin yanlış qərarları:
1. Cərimə meydançasında Orxan Əliyevə qarşı aşkar kobudluq
2. Baş hakim zərbədən sonra fit çalır, amma qərar dəyişdirilmir.
3. Oyunun 53-cü dəqiqəsində Orxan Əliyevin üzünə açıq-aşkar dirsək zərbəsi
4. Rasim Ramaldanova qarşı cərimə meydançasında kobudluq
5. Elnur Cəfərovun zərbəsindən sonra baş hakim künc nöqtəsini yox, qapıdan zərbə qərarı verir.