“Qış fasiləsində heyətimizdə bir sıra dəyişiklik baş verdi. Məlum səbəblərdən klubu tərk edənlər oldu. Əvəzində bir neçə yeni oyunçu cəlb etmişik. “Xəzər Lənkəran” da bizimlə oxşar durumdadır. Amma onların gənclərdən ibarət komandası istənilən rəqib üçün başağrısı ola bilər”.
İdmanxeber.com-un xəbərinə görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 19-cu turunda “Xəzər Lənkəran”la qolsuz bərabərə qaldıqları oyunu klubun saytına şərh edərkən deyib.
O bildirib ki, meydançanın ot örtüyü əlverişsiz olsa da, hər iki komanda əlindən gələni edib:
“Təəssüf ki, qol vurmaq üçün əldə etdiyimiz şansları dəyərləndirə bilmədik”.