"Oyunun fasiləsində çıxdıq çölə. "Neftçi" azarkeşləri orda idi. Onları stadiondan çıxartdıq,amma oyun qurtaranda yenə gəldilər. Tökülüşdülər üstümüzə,dava başladı. "Forza Neftçi"dən idi hamısı".
Bu sözləri İdmanxeber.com saytına açıqlamasında "Green Gate 2" fan qrupunun üzvü Pərviz Ələkbərli deyib. Azarkeşin dediyinə görə, polis əməkdaşları onu dubinkayla döyüblər: "Söhbət edirdik. Polis məni işarə etdi və o an, qaçmağa başladım. Polis əməkdaşları məni tutub,döyməyə başladılar. Sonra əllərimi qandallayıb şöbəyə aparanda bir serjant saxladı oları. Dedi ki, o uşaq cinayət etməyib, niyə aparırsız? O yan, bu yan məhəllə sakinləri tökülüşdü. Bir təhər, qandalı açdılar və qoymadılar polis məni aparsın".