Milli komandaların toplanışı ilə bağlı ölkə çempionatında yaranan fasilə müddətində “Xəzər Lənkəran” hazırlıq planının ikinci mərhələsinə start verir.
İdmanxeber.com-un məlumatına görə, ”Xəzər Lənkəran” ilk mərhələdə bir həftəlik toplanışı AZAL klubu ilə keçirilən yoxlama matçı ilə yekunlaşdırmışdı ki, bir gün verilən istirahətdən sonra komanda yenidən bir araya gəlir.
Yenidən paytaxtda toplaşacaq komanda artıq bu gündən XII turun hazırlığına başlayacaq. Saat 15.30-da “Dalğa Arena”da məşqə çıxacaq komanda “İnter”lə oyunun hazırlığını sona qədər adıçəkilən arenada davam etdirəcək.