28 Dekabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran” məhkəməyə verildi

"Xəzər Lənkəran"ın bu yay heyətinə qatdığı hücumçusu Etame Mbilla ilə bağlı çox ciddi problemi yaranıb. Mbilla vaxtilə çıxış etdiyi Türkiyənin "Adanaspor" klubundan qaydalara uyğun şəkildə ayrılmayıbmış.

Futbolçu sadəcə klubla müqaviləsini birtərəfli qaydada ləğv edərək cənub təmsilçisinə keçmişdi.

Məhz bunu əsas gətirən "Adanaspor" öz hüquqlarını qorumaq üçün FİFA və UEFA-ya şikayət ünvanlayıb. Hazırda beynəlxalq futbol qurumları bu məsələ ilə məşğuldu. Ya Mbilla özü, ya da "Xəzər Lənkəran" sözügedən keçidə görə müəyyən məbləğdə təzminat ödəməlidi. Lakin təzminatın məbləği bilinmir.

Maraq üçün xatırladaq ki, Etame 2008-2013-cü illər aralığında "Adanaspor"da çıxış edib. bu ilin yayında isə o, "Xəzər Lənkəran"a transfer olundu. Bu müddət ərzində o, 12 oyuna çıxıb və 3 qol vurub. (futbolinfo.az)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43