"Böyük oyun"da "Neftçi" azarkeşlərinə orta barmaq göstərən Orxan Sadıqlı cəzalandırılacaq.
İdmanxeber.com-un məlumatına görə, gənc qapıçı bu ədəbsiz hərəkətinə görə klub tərəfindən cəzalandırılacaq. Bu barədə saytımıza "ağ-yaşıllar"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib:
"Biz klub olaraq Orxanın bu hərəkətini cəzasız qoymayacağıq. Təbii ki, cəzalandırılacaq. "Xəzər Lənkəran" futbol klubu bu cür şeyləri pisləyir".
Cənub klubunun rəsmisi cəzanın nədən ibarət olacağını açıqlamayıb.