“Xəzər Lənkəran” doğma şəhərdə hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, sentyabrın 7-də növbəti məşqlərini keçirib. Əsasən fiziki yüklənməyə hesablanan səhər hazırlığından fərqli olaraq saat 18:30-da stadionun ehtiyat meydançasında başlayan axşam məşqində taktiki düzülüşlər və toplu çalışmalar üstünlük təşkil edib. Hazırlıq bir saat 20 dəqiqə davam edib (12cioyuncu.info)