Ölkə futbolu

“Xəzər Lənkəran” “Qarabağ”ın futbolçularını “cəzalandırdı” və təbrik etdi – FOTOLAR

Xəbər verdiyimiz kimi, “Xəzər Lənkəran” bu gün İdman Akademiyasının stadionunda növbəti məşqinə çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun məşqinin bitiminə 20 dəqiqə qalmış “Qarabağ”ın futboçuları arenada görünməyə başlayıblar. Belə ki, Ağdam təmsilçisi də hazırlığını bu arenada davam etdirir.

Növbəti tura XL kimi bu stadionda hazırlaşan “Qarabağ”ın futbolçuları məşqə tez gəldiyindən azı 15 dəqiqə gözləməli olublar.

Bundan sonra “ağ-yaşıllar”ın futbolçuları məşq bitər-bitməz “Qarabağ”ın oyunçularına yaxınlaşaraq, Avroliqadakı uğur münasibəti ilə onları təbrik ediblər.






İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43