22 Dekabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran” rəhbərliyi biganə qalmadı, “Fənərbağça”ya məktub ünvanladı

Türkiyənin “Fənərbağça” klubunda keçirilən prezident seçkilərində yenidən qalib gələn Əziz Yıldırımı “Xəzər Lənkəran” rəhbərliyi təbrik edib.

Cənub klubunun fəxri prezidenti Mübariz Mənsimov yaxın əlaqədə olduğu, daim sıx münasibətlər qurduğu başqanın yenidən qalib gəlməsi münasibəti ilə təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb. 

Qeyd edək ki, “Fənərbağça” klubu “Xəzər Lənkəran”ın 10 illiyi münasibəti ilə avqust ayında Lənkəranda “ağ-yaşıllar”la yoxlama görüşü keçirmiş və böyükhesablı qələbə qazanmışdı – 4:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43