“Neftçi”dən Rəçad Sadiqov keçidini böyük ölçüdə həll edən “Xəzər Lənkəran”da diqqətlər yenidən “İnter”dən Vaqif Cavadov və “Bakı”dan Rauf Əlyevə yönəlib.
İdmanxeber.com-a klubun mətbuat xidmətinən verilən məlumata görə, Cənub təmsilçisi sözügedən futbolçuları da rənglərinə bağlamaq istəyir. Lakin bugünkü gün üçün konkret fikir söylənmir. Məsələ burasındadır ki, Rauf Əliyev transferi üçün can yandıran XL ümidi futbolçunun özünə bağlayıb. Komandası ilə müqaviləsi olan Əliyev ilk növbədə klubu ilə problemi yoluna qoymalıdı.
Vaqif Cavadovun isə Bank klubu ilə müqaviləsi bitib. Futbolçu xaricdən təkliflərin olduğunu desə də, bu reklamdan başqa bir şey deyil və yaxın günlərdə Cavadovu Lənkəranda görə bilərik.