Ölkə kuboku yarışının 1/8 final mərhələsində “Kəpəz”i 1:0-hesabı ilə yenərək mərhələ adlayan“Xəzər Lənkəran” sərbəst buraxılıb.
İdmanxeber.com-un məlumatına görə, cənub təmsilçisi bu gün, dekabrın 3-də istirahət edəcək. Sabah dekabrın 4-də isə günün birinci yarısında Lənkəranda toplanacaq komanda saat 16:00-da stadionun ehtiyat meydançasında məşqə çıxacaq. İki gün hazırlaşdıqdan sonra “Xəzər Lənkəran” Premyer Liqanın XV turu çərçivəsində dekabrın 6-da doğma şəhərdə “Qəbələ”ni qəbul edəcək. (12cioyuncu.info)