Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün Antalyada ilk yoxlama matçına çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, Cənub komandasının ilk rəqibi qardaş ölkənin həvəskar regional liqasının çempionu olmuş “Tekirdağspor” olacaq.
Lənkəran klubu bu matça gənclərlə çıxacaq.
Yoxlama oyunu
10 yanvar
17:00. "Xəzər Lənkəran" (Azərbaycan) – "Tekirdağspor" (Türkiyə) – 2:2
Qollar: Ağabala Ramazanov, 9 (1:0), Tayfun Vurğun, 59 (1:1), Volkan Sel, 65 (1:2), Rahid Əmirquliyev, 89-pen (2:2)
"Xəzər Lənkəran": Vyekoslav Tomiç, Elvin Mirzəyev, İlqar Ələkbərov, İlyas Səfərzadə, Tural Cəlilov, Alfred Sanko, Rahid Əmirquliyev, Kazım Kazımlı, Sadio Tounkara, Ağabala Ramazanov, Elşən Rzazadə.