Kateqoriyasız

“Qəbələ” PSV-nin əvəzediciləri ilə bacarmadı!

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Qəbələ” bu gün ilk yoxlama oyununa çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, "qırmızı-qaralar" Hollandiyanın PSV klubunun ikinci komandası ilə qarşılaşacaq.

Roman Qriqorçukun rəhbərliyi altında ilk sınağına çıxacaq əyalət klubunun bu matçı Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, "Qəbələ" təlim-məşq toplanışı çərçivəsində  “Əskişəhərspor" (Türkiyə), "Tobol" (Qazaxıstan), "Vorskla" (Poltava, Ukrayna) klubları ilə yoxlama oyunu keçirəcək.

10 dekabr

Yoxlama oyunu

17:30. PSV (ikinci komanda) – "Qəbələ" 0:0

PSV: Jesse Bertrams, Augustine Loof, Hjörtur Hermannsson, Jordy de Wijs, Suently Alberto, Clint Leemans, Moussa Sanoh, Farshad Noor, Boris Cmiljanic, Andrija Lukovic, Andjelo Budovic. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43