Kateqoriyasız

“Xəzər Lənkəran” Türkiyə klubu ilə heç-heçə etdi

Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün Antalyada ilk yoxlama matçına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Cənub komandasının ilk rəqibi qardaş ölkənin həvəskar regional liqasının çempionu olmuş “Tekirdağspor” olacaq.

Lənkəran klubu bu matça gənclərlə çıxacaq. 

Yoxlama oyunu

10 yanvar

17:00. "Xəzər Lənkəran" (Azərbaycan) – "Tekirdağspor" (Türkiyə) – 2:2
Qollar: Ağabala Ramazanov, 9 (1:0), Tayfun Vurğun, 59 (1:1), Volkan Sel, 65 (1:2), Rahid Əmirquliyev, 89-pen (2:2)

"Xəzər Lənkəran": Vyekoslav Tomiç, Elvin Mirzəyev, İlqar Ələkbərov, İlyas Səfərzadə, Tural Cəlilov, Alfred Sanko, Rahid Əmirquliyev, Kazım Kazımlı, Sadio Tounkara, Ağabala Ramazanov, Elşən Rzazadə.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43