28 Dekabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran” yalanladı: Onun transferə çıxarılması müzakirə edilmir

Xəbər verdiyimiz kimi "Xəzər Lənkəran"ın gənc üzvü Kazım Kazımlı Antalyaya təlim-məşq toplanışına aparılmadı. Klub rəhbərliyin bu qərarı futbolçunun transferə çıxarılacağıyla bağlı şübhələr doğururdu. 

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Kazımlı komandada qalacaq. Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib:
"Onun 
transferə çıxarılması müzakirə edilmir. Yayılan xəbərlər doğru deyil".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43