Topaz Premyer Liqasının VI turuna bu gün keçirilən “Xəzər Lənkəran” – “Zirə” oyunu ilə yekun vuruldu.
İdmanxeber.com-un məlumatına görə, Qarşılaşma “Zirə”nin 1-0 hesablı qələbəsi ilə yekunlaşdı.
Adil Şükürov (“Zirə”nin baş məşqçisi): “Komandamız bu gün əzmkar mübarizə apardı. Biz tarixi olan komandaya qarşı oynadıq. Buna baxmayaraq, qol epizodları yaratdıq və sonda qol vura bildik. Buna görə çox sevinirik. Rəqibə isə gələcək oyunlarda uğurlar arzu edirəm”.
Yunis Hüseynov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Qələbə qazanmaq niyyətindəydik. Təəssüflər olsun ki, alınmadı. Oyunun son dəqiqəsində qapımıza penalti təyin olundu. Bildiyiniz kimi, ən kasad heyət bizdədir. Əvəzetmələr edə bilmirik. Rasim Ramaldanovun zədə alması bizə çox pis təsir etdi. Rasim meydançadan çıxdıqdan sonra müdafiədə səhvlər etdik və rəqib penalti qazandı. Məncə, penalti vardı. Növbəti oyunları düşünməliyik. Təcrübəli oyunçularımız zədəli olsa, 16 yaşlı futbolçularla oynayacağıq”.