Premyer Liqanın 21-ci turunda səfərdə "Qəbələ"ni 3:2 hesabı ilə məğlub edən "Xəzər Lənkəran" aparıcı futbolçusundan məhrum olub.
İdmanxeber.com-un məlumatına görə, komandanın aparıcı üzvü Manuel Skarlatake cəzalı duruma düşüb. "Qəbələ" ilə oyunun 78-ci dəqiqəsində cəzalanan müdafiəçi sarı vərəqə limitini doldurub. Bu səbəbdən o, qarşıdakı turda "Bakı" ilə oyunu buraxacaq.