Məlum problemlər səbəbindən “Xəzər Lənkəran”ı bir neçə futbolçusu tərk edib və qışda daha bir neçəsi tərk edəcək.
İdmanxeber.com-un məlumatına görə, Lənkəran klubuna sadiqlik göstərib sona kimi “ağ-yaşıl” rənglər uğrunda mübarizə aparacaq futbolçular da az deyil. Bunlar sırasında millimizin şərəfini qoruyan Elnur Cəfərov, Elşən Rzazadə və digərləri var.
Həmin futbolçular və onların verdiyi açıqlamalarla sizi tanış edirik:
Elnur Cəfərov: “Ölkə xaricindən təklif olsa, “Xəzər Lənkəran” özü məni buraxacaq. Azərbaycanda isə yalnız “Xəzər Lənkəran”da oynayaram”.
Elşən Rzazadə: “Mən bu səviyyəyə “Xəzər Lənkəran”ın sayəsində gəlmişəm. Artıq milliyə də çağırılmışdım. İnşallah komandamda qalacam. Biz yerli futbolçular komanda da qalmalıyıq”.
Bu futbolçulardan başqa Kamran Abdullazadə, İlyas Səfərzadə, Kazım Kazımlı, Orxan Sadıqlı və digərləri də komandada qalacaq.
Qeyd edək ki, komandanı artıq bir futbolçu tərk edib. Bu Rasim Ramaldanovdu. Qışda isə Rahid Əmirquliyev, Skarlatake, Tounkara, Tural Cəlilovla yolarını ayrılacağı gözlənilir.