“Xəzər Lənkəran”ın bir müddətdir ki, zədəli olan futbolçuları – Alfred Sanko və Orxan Sadıqlı hazırda da müalicəsini davam etdirilər.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, syerre-leoneli futbolçu qarşıdakı turlarda “ağ-yaşıllar”a kömək edə bilər.
Cənub klubunun qapıçısı Orxan Sadıqlı isə ən azı 3 həftə komandaya kömək edə bilməyəcək. Gənc qolkiperin zədəsi ciddi olduğundan onun ən yaxşı halda oktyabrın sonlarında komandaya kömək edə biləcəyi bildirilir.