Ölkə futbolu

“Qəbələ” “Xəzər Lənkəran”la oyuna itkilərlə çıxacaq

“Qəbələ” Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində qarşılaşacağı “Xəzər Lənkəran”la oyuna itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Qəbələ klubunun düşərgəsində Dododan başqa rumıniyalı futbolçu Adrian Ropotan da sarı vərəqə limitini doldurduğu üçün növbəti “Xəzər Lənkəran” matçı buraxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43