Dünya futbolu

Çempionlar Liqasında həftənin futbolçusu

“Borussiya”nın (Dortmund) futbolçusu Mats Hummels Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu seçilib.

İdmanxeber.az-ın məlumatına görə, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə Hummels hamını qabağlayıb.

Qeyd edək ki, təcrübəli müdafiəçi PSJ ilə hər iki oyunu yüksək səviyyədə keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43