30 İyun 2026
İdman

İdmançımız atçılıq üzrə beynəlxalq yarışda 4 qızıl medal qazandı

Rusiyanın paytaxtı Moskva şəhərinin “Maksima Stables” atçılıq mərkəzində təşkil olunan dresaj növü üzrə beynəlxalq “Qələbə Kubokunun Finalı” yarışında Azərbaycan idmançısı Aydın Əlibəyov yüksək nəticələr əldə edib.

İdmanxeber.az-ın məlumata görə, 4 gün davam edən yarışlarda 3 atla iştirak edən həmyerlimiz cavan atlar (5 – 7 yaş) arasında keçirilən turda 4 qızıl medal qazanıb.

O, “Intermediate 1 Freestyle” proqramında isə 5-ci yerə layiq görülüb.

Turnirdə müxtəlif bölgələrdən ən güclü atlar iştirak ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43