30 İyun 2026
Dünya futbolu

Fabreqasın komandası A Seriyasına yüksəldi

İtaliya A Seriyasına yüksələn növbəti komandanın adına aydınlıq gəlib.

İdmanxeber.az xəbər verir ki, buna mövsümün son turunda “Kosentsa” ilə heç-heçə (1:1) edən “Komo” kollektivi nail olub. Onlar ən yaxın izləyicisi “Venetsiya”nın xal itirməsindən sonra elitaya birbaşa vəsiqəni təmin ediblər.

Bununla da komanda 21 ildən sonra yenidən A Seriyasına yüksəlib.

Qeyd edək ki, “Komo” komandasının səhmlərinin bir hissəsi Fransa millisinin sabiq üzvü Tyerri Anriyə məxsusdur. İspaniya millisinin və “Barselona”nın keçmiş futbolçusu Fransesk Fabreqas isə bu klubda köməkçi məşqçi vəzifəsində çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43