Azərbaycan Premyer Liqasında 34-cü tur davam edir.
İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda əvvəlcə “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 1:0.
Digər oyunda isə “Qarabağ” 3-cü yerdəki “Zirə”nin qonağı olub. Ağdam təmsilçisi görüşdən qalib ayrılıb – 1:0.
Bu nəticənin ardından “Zirə” 52 xalla bir oyun az keçirən “Sabah”la bərabər 3-4-cü pilləni bölüşür
Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, 34-cü tur
11 may (şənbə)
17:00. “Araz-Naxçıvan” – “Turan Tovuz” 0:1
Qol: Alexandro Serrano, 63 (0:1)
Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Orxan İbişov, Elvin Bayramov
“Liv Bona Dea Arena”
19:30. “Zirə” – “Qarabağ” 0:1
Qol: Olavio Juninyo
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Zirə İdman Kompleksi stadionu

