“Qəbələ”nin futbolçusu Əyyub Allaş yayda komandadan ayrılacaq.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “Araz Naxçıvan” oyunçunun xidmətində maraqlıdır. Baş məşqçi Elmar Baxşıyev sabiq futbolçusunu heyətində görmək istəyir.
Yaxın vaxtda Naxçıvan klubunun rəhbərliyi təcrübəli mütəxəssisin istəyi üzərinə hərəkətə keçəcək.
Xatırladaq ki, daha öncə “Sabah” klubunun da belçikalı yarımmüdafiəçi ilə maraqlandığını bildirmişdik

