30 İyun 2026
Ölkə futbolu

Tarixi derbinin acı tablosu

Azərbaycan Premyer Liqasında 34-cü tura “Neftçi” – “Kəpəz” görüşü ilə start verilib.

Bakı klubu qarşılaşmadan fərqli qələbə ilə ayrılıb – 5:1. Azərbaycan futbolunun tarixi derbisi adlanan qarşılaşmaya maraq həddindən artıq az olub.

Vaxtı ilə iki klubun görüşünü minlərlə tamaşaçı izləsə də, artıq əvvəlki futbol ab-havasından əsər-əlamət qalmayıb. 

“Neftçi Arena”da baş tutan qarşılaşmanı cəmi 600 azarkeş izləyib. Tribunalarda yalnız hər iki komandanın sadiq azarkeş qrupları yer alıb.

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43