Premyer Liqanın 35-ci turu çərçivəsində “Simurq”la qarşılaşacaq “Xəzər Lənkəran” ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun braziliyalı müdafiəçisi Tyeqo “Sumqayıt”la oyunda aldığı sarı karta görə cəzalı duruma düşüb. “Ağ-yaşıllar”ın qış transferində heyətində qatdığı futbolçu mövsümdə 4-cü sarı vərəqəsini alıb. Bununlada Tyeqo Zaqatala səfərində “Xəzər Lənkəran”a kömək edə bilməyəcək.