"Xəzər Lənkəran" "Neftçi" ilə keçiriləcək matçın stadion axtarışına çıxıb.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, matçın keçirilməsi üçün bir neçə stadionla danışıqlar gedir. Stadion seçimində klub rəhbərliyi daha çox azarkeşlərin rahat oyuna gələ bilməsini nəzərə alır.
Bundan əlavə "Xəzər Lənkəran" klubunun afrikalı forvardı Sankonun "İnter"lə matçda forma geyib-geyə bilməyəcəyi hələ ki, dəqiq deyil. Futbolçu bu gün keçiriləcək məşqdən sonra təkrar müayinə olunacaq və taleyinə aydınlıq gələcək.