“Xəzər Lənkəran” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, komandanın heyətinə 2 yeni legioner cəlb olunub.
Adları açıqlanmayan futbolçuların biri Serbiyadan, digəri isə Xorvatiyadandı. Hər iki futbolçu Lənkəran klubunun düşərgəsinə baxışa gəlib. Komandayla birgə məşq edəcək legionerlərin qalıb-qalmayacağına Lənkəranklubunun baş məşqçisi Yunis Hüseynov qərar verəcək.
Qeyd eədk ki, cənub komandası daha öncə Pavel Kapsa, Liman Seydi, Dieqo Souza Qusmao kimi legionerləri heyətinə qatmışdı.