“Xəzər Lənkəran”ın məşqçilər korpusunda dəyişiklik baş verib.
İdmanxeber.com-un məlumatına görə, yeni vəzifə bölgüsünə əsasən, qapıçılar üzrə məşqçi vəzifəsində çalışan Hafiz Əliyev növbəti mövsümdən U-19 komandasının baş məşqçisi olacaq. Məşqçi Emin Quliyev isə U-19 komandasında baş məşqçinin köməkçisi vəzifəsinə təyin edilib.
Ötən mövsüm U-19 komandasının baş məşqçisi olmuş Məhərrəm Bağırzadə isə akademiyada fəaliyyətini davam etdirəcək.
Əsas komandanın məşqçilər korpusunda edilən təyinatlar barədə yaxın zamanda xəbər veriləcək.