Milli komandamızın Avro-2016 seçmə mərhələsindəki rəsmi matçları ilə əlaqədar ölkə çempionatında verilən fasilə müddətində “Xəzər Lənkəran” hazırlığa start verib.
İdmanxeber.com-un məlumatına görə, komanda dünəndən başlayaraq Lənkərandakı bazasında məşqlərini davam etdirir. Gündə iki dəfə olmaqla keçirilən məşqlərdə futbolçular gündüz fiziki, axşam çalışmalarında isə taktiki planda məşqçilər korpusunun verdiyi tapşırıqları yerinə yetirir. Zədəli futbolçulardan Alfred Sanko və Əfran İsmayılov fərdi qaydada məşq prosesinə qoşulsa da qapıçı Orxan Sadıqlı artıq komanda ilə birgə hazırlıqda iştirak edir.
Xatırldadaq ki, hazırda əsas milli komandamızın Almaniyada keçirilən toplanışında “Xəzər Lənkəran”ın 4 futbolçusu- Rahid Əmirquliyev, Rasim Ramaldanov,Rauf Əliyev və ilk dəfə əsas milli komandamıza çağrılan Ağabala Ramazanov iştirak edir.