01 Oktyabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”dan açıqlama: “Simurq”un yaxşı yerli və əcnəbi futbolçuları var”

“Çox heyif “Simurq”dan yaxşı komanda idi. Heyətində də yaxşı oyunçular var. Amma bu barədə indi nə isə demək düzgün olmaz. Lakin qeyd edim ki, Zaqatala klubunun heyətində yaxşı futbolçular var. İstər yerli, istər legioner”.

Bunu İdmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.

Cənub klubunun çalışdırıcısı “Simurq”dan ayrılacaq futbolçulara göz qoymadıqlarını bildirib.

Çalışdırıcı bu tur qarşılaşacaqları “Bakı” ilə oyuna da toxunub:

“Bakıya itkilərlə gəlmişik. Çətin oyun olacaq. Çalışacağıq ki, maksimum nəticə əldə edək. Qələbə üçün gözəl və əzmkar oyun göstərmək lazımdı”.

Qeyd edək ki, “Bakı” – “Xəzər Lənkəran” matçı sabah keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43