21 Dekabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”dan növbəti transfer: “Levski”də oynayıb, “ağ-yaşıllar”la müqavilə bağlamağa gəlir

Türkiyənin Əruzum şəhərində növbəti mövsümün hazırlıqlarını davam etdirən “Xəzər  Lənkəran” bolqarıstanlı futbolçu ilə güclənə bilər. 

İdmanxeber.com-un apasport.az-a istinadən verdiyiməlumata görə, bu, 26 yaşlı yarımmüdafiəçi Qalin İvanovdur.

Bu gün komandanın düşərgəsinə gələcəyi gözlənilən İvanovla böyük ehtimalla müqavilə imzalanacaq.

İvanov peşəkar karyerasına “Levski”də (Sofiya) başlayıb. 2005/2006 mövsümündə bu klubda oynayan yarımmüdafiəçi cəmi bir dəfə meydan çıxıb. 2006-cı ildə “Beroe”yə keçib və burada meydana çıxdığı 25 oyunda 1 qol vurub.

1 il klubsuz qaldıqdan sonra 2008-ci ildə “Slaviya”ya (Sofiya) keçib. Bu komandanın heyətində 128 oyun keçirən yarımmüdafiəçi 25 dəfə rəqib qapılarına yol tapıb. O, 2011-ci ildən icarə əsasında Almaniya III liqa təmsilçisi “Arminiya”nın heyətində oynayıb. Burada 8 dəfə forma şansı geyinən Qalin 2012-ci ildə yenidən ölkəsinə qayıdıb və 2012-ci ildən icarə əsasında “Liteks”in şərəfini qoruyub.

Bu komanda ilə 22 dəfə meydana çıxan futbolçu 5 dəfə də fərqlənməyi bacarıb.  2014-cü ilin yayına qədər “Slaviya” ilə müqaviləsi olan bolqar yarımmüdafiəçinin hazırda azad agentdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43