“Xəzər Lənkəran” Vaqif Cavadovun xidmətində maraqlı deyil.
İdmanxeber.com-a bu barədə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.
Cənub klubunun rəsmisi bildirib ki, daha doğrusu Cavadov Dənizlinin siyahısında idi, Çətinin yox:
“Xəzər Lənkəran” Vaqif Cavadovdan imtina edib deyəndə ki, o futbolçu Mustafa Dənizlinin siyahısında idi. Dənizlinin istefasından sonra təbii ki, onun siyahısındakı futbolçularla Oğuz Çətinin siyahısında qərarlaşan futbolçular fərqlidi. Məsələ budu. Məhz buna görə də, Cavadov bizim maraq dairəmizdə deyil”.