Dünyadan

“Barselona” da ona “yox” dedi

Fransanın “Monako” klubunun Viktor Valdesi transfer etməkdən imtina etdiyi haqda sizə öncədən xəbər vermişdik. Fransa klubunun Valdesdən imtina etməsinin səbəbi qolkiperin zədəsinin növbəti mövsümün startına qədər sağalmayacağı göstərilmişdi.

İdmanxeber.com-un məlumatına görə, özünə yeni komanda tapa bilməyəcəyi halda “Barsa”ya qayıədacağı deyilən Valdesə öz klubundan da “yox” cavabı gəlib. Belə ki, ilk öncə özünə yeni klub tapmayacağı halda “Barsa” da qala bilərsən cavabını alan təcrübəli qapıçı üçün Kataloniya klubunun qapoıları da bağlanıb.

“Barselona” qapıçısı Viktor Valdeslə müqavilə yeniləmək fikrində deyil. “TV3″ün xəbərinə görə, ispan qolkiperin başqa komandaya keçəcəyi dəqiqdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43