22 Dekabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”ın baş məşqçisi mətbuat konfransına gəlmədi

Topaz Premyer Liqasının VII turu çərçivəsində “Qəbələ” “Xəzər Lənkəran”ı qəbul edib.

İdmanxeber.com-un məlumatına görə, matç meydan sahiblərinin 6-0 hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra qonaqların baş məşqçisi Yunis Hüseynov mətbuat konfransında iştirak edə bilmədi. Köməkçi məşqçisi Vidadi Hüseynov bunları deyib:

“Əsas heyətdə iki oyunçunun zədə alması ilə əlaqədər olaraq bəzi çətinliklərimiz oldu. Məcbur olduq ki, əvəzedici futbolçulardan istifadə etdik. Çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı oynayaq. Birinci dəqiqədə qol buraxmağımız heç yaxşı olmadı. Futbolçular oyunu itirdilər. İki oyunçumuz da zədə aldı. Onları məcburi buraxmışıq. Təəssüf edirəm ki, bu vəziyyət alındı. “


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43