“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov Ukraynanın “Şaxtyor” klubunun düşərgəsindədir.
Klubdan İdmanxeber.com-a verilən məlumata görə, Pro lisenziyası alan məşqçilər üçün nəzərdə tutulan təcrübə Antalyada keçirilir. Təcrübə müddəti isə 1 həftə olacaq.
Qeyd edək ki, daha əvvəl Premyer Liqanın XX turunda keçiriləcək “Qarabağ” – “Xəzər Lənkəran” matçına Yunis Hüseynovun komandanı çıxaracağı deyilsə də, Məmmədovun o zamana kimi dönəcəyi də istisna deyil.