Premyer Liqanın VII turu çərçivəsində sentyabrın 28-də “Qəbələ” klubunun qonağı olacaq “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir.Dünən də bir məşq olub. Komanda saat 15:45-də Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxıb. Əsasən taktiki planda toplu çalışmalardan ibarət olan və bir saat 15-dəqiqə davam edən hazırlıq prossesinin gedişində Rəşad Sadiqov, Fernando Qabriel və Əfran İsmayılov zədələniblər. Hər üç futbolçu ağrı səbəbindən məşqi yarmçıq saxlamalı olublar. Meydançanın kənarında duran klub prezidenti Mais Mənsimov komandanın hazırlığını diqqətlə izləyib.(12cioyuncu.info)
Kateqoriyasız
“Xəzər Lənkəran”ın başı dərddə
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43