“Xəzər Lənkəran”ın futbolçusu cəzalı duruma düşüb.
İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”la oyunda sarı vərəqə alan “Xəzər Lənkəran”ın brazilyalısı Vilyam de Xesus Tieqo cəzalı duruma düşüb. Bu futboolçunun dördüncü sarı vərəqəsi olub və limiti doldurub. Bu səbədən də Tieqo X tur çərçivəsində “Sumqayıt”la keçiriləcək matçı buraxmalı olacaq.