Təlim-məşq toplanışını Antalyada davam etdirən “Xəzər Lənkəran”ın düşərgəsinə hələ ki, yeni bir oyunçu qoşulmayıb.
Bu barədə idmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Cənub klubunun rəsmisi bildirib ki, yaxın günlərdə düşərgəyə 2 futbolçu gələcək. Bunların biri yarımmüdafiəçi, digəri isə qapıçıdı. Hər iki futbolçu Braziliyadandı.