Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə Azərbaycanın U-17 milli komandası III yeri tutub. III yer uğrunda dünən keçirilmiş qarşılaşmada yığmamız “Xəzər Lənkəran”ın yetirməsi Elnur Cəfərovun vurduğu qol sayəsində Latviya komandasını 1:0 hesabı ilə məğlub edib.
Xatırladaq ki, qeyd olunan turnirdə Azərbaycan millisi iki 1:0 hesablı qələbə qazanıb, və hər iki qələbə qoluna “Xəzər Lənkəran”ın 16 yaşlı forvardı imza atıb.